27 oktyabr 2026 09:33 (UTC +04:00)
Türkiyənin Antalya şəhərində burulğan nəticəsində 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.
APA yerli mediaya istinadən xəbər verir ki, hadisə şəhərin Kepez rayonunda baş verib.
Güclü külək tikinti sahəsindəki iki yaşayış blok-konteynerini dağıdıb və kranın aşmasına səbəb olub. Nəticədə tikinti sahəsində çalışan 4 fəhlə həlak olub, 1 nəfər yaralanıb.
