BMT-nin planlarından biri dini obyektləri qorumaqdır.
APA xəbər verir ki, bunu Bakıda Beynəlxalq təşkilatların 3-cü yüksək səviyyəli görüşü və Bakı Prosesi çərçivəsində nazirlərin 6-cı görüşünün xüsusi birgə sessiyasında BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos deyib.
O bildirib ki, Azərbaycan və Ermənistanın Sivilizasiyalar Alyansına etibar etməsi vacibdir:
“Mədəni mirasları qorumağa davam edəcəyik. Düşünürəm ki, hər iki tərəfin — Ermənistan və Azərbaycanın BMT-nin tərəfdaşlığına, vətəndaş cəmiyyətinə əsaslanmaq üçün BMT-yə etibar etməsi çox vacib idi”.
O qeyd edib ki, Bakı Prosesi BMT Sivilizasiyalar Alyansının Qafqaz proqramı arasındakı ən uğurlu proqramlardan biri olaraq qalır.
