2026-cı ilin sentyabr ayının sonunda Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədəd təşkil edib.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, bu göstərici avqustun sonu ilə müqayisədə 414 min ədəd artıb.
Ötən ilin sentyabr ayının sonunda ölkədə 21 milyon 368 min ödəniş kartı olub. Beləliklə, kartların sayı illik müqayisədə 2 milyon 20 min ədəd və ya 9,5% artıb.
2026-cı ilin sentyabr ayının sonunda Azərbaycanda dövriyyədə olan kredit kartlarının sayı isə 2 milyon 35 min ədəd təşkil edib. Beləliklə, kredit kartlarının sayı illik müqayisədə 81 min ədəd və ya 3,8% azalıb.
Bununla belə, aylıq müqayisədə artım qeydə alınıb. Avqustun sonunda 2 milyon 22 min ədəd olan kredit kartlarının sayı sentyabrda 13 min ədəd və ya 0,6% artıb.
Ötən ilin sonu ilə müqayisədə isə kredit kartlarının sayı 42 min ədəd və ya 2% azalıb.
